reklam
Müasir futbolda oyun üslübları -
Sportfm.az xəbər saytı

Müasir futbolda oyun üslübları -ARAŞDIRMA


Uğur qazanmağa çalışan hər bir futbol komandasının və komandanı çalışdıran futbol mütəxəssisinin müəyyən bir oyun üslübü və oyun tərzi mövcuddur. Futbol təkmilləşdikçə müxtəlif oyun üslubları yaranmış və müasir dövrümüzdə istfadə olunmaqdadır. Tarix göstərir ki, xaotik futbol heç bir zaman uğur qazanmayıb və bu möhtəşəm oyuna müəyyən bir prizmanadan yanaşmaq lazımdır.

Oyun üslubu - komanda tərəfindən seçilmiş oyun sisteminin istifadə üsuludur. Oyun sistemi, oyun tərzinin seçimi və uğuru hər oyunçunun qabiliyyətindən və komandanın ümumi səviyyəsindən asılıdır. Bununla yanaşı, oyun tərzinin seçilməsinə və uyğunlaşmasına ciddi təsir edən fərqli iqlimlər və digər amilləri də vardır. Klub ənənələri və ya məşqçinin şəxsi üstünlüklərindən asılı olaraq müxtəlif komandalar çox vaxt tamamilə fərqli üslublardan istifadə edirlər. Bu günkü yazıda sizə, futbolda istifadə olunan fərqli oyun üslublarını təsvir etməyə çalışacağam.

Hücum futbolu

1. Cəld oyun (Sürətli hücum qurma)

Bu üslubu "vur və qaç" kimi bir anlayışla qarışdırmayın. Cəld oyun, komandanın topu mümkün qədər tez irəli istiqamətləndirdiyinə görə "vur və qaça" bənzəyir, lakin ondan fərqli olaraq topu, hücumu tez bir zamanda tamamlaya biləcək və ya topu tam olaraq idarə edə biləcək futbokçuya yönləndirə bilmək lazımdır. Əlbəttə ki, bunu səhfsiz və ağıllı şəkildə etmək lazımdır. "Vur və qaç" isə o deməkdir ki, top komanda yoldaşının onu qəbul edə biləcəyi ümidi ilə irəli göndərilir, yəni hələ məlum deyil hücum baş tutacaq və yaxud tamamlanacaq yoxsa yox. Cəld oyun, rəqibin müdafiəsində yaranan problemlərdən dərhal istifadə üçün nəzərdə tutulmuşdur, məsələn, müdafiəçinin hücumdan sonra cinahdan çıxması nəticəsində yaranan boşluqda istfadə olunur. "Vur və qaç" tərzi isə rəqibin müdafiəsinin tez-tez sərbəst olub-olmamasından asılı olmayaraq topun irəli, komanda yoldaşına yönəldilməsidir. Hər iki halda nəticə gözləmək mümkündür lakin, planlaşdırılmış şəkildə daha effektiv olur.

2. Konstruktiv oyun

Bu üslub, "istedadlı" ifaçıları olan komandalar tərəfindən istifadə olunur. Bu, meydan boyunca çoxlu sayda ötürmənin metodiki istifadəsindən, çox vaxt orta sahə və hətta müdafiə xəttindən başlayan oyundan ibarətdir. Məqsəd, sərbəst zonadan və qol vurmaq imkanından istifadə etmək mümkün olana qədər topu saxlamaqdır. Bu üslub yüksək texniki bacarıq tələb edir, çünki hücumdakı son qərar, bir qayda olaraq, "partlayıcı" xarakterə malikdir və çox vaxt topun itirilməsi ilə nəticələnir.

3. Əks-hücum

Bu oyun üslubundan istifadə edən komandalar rəqiblərə, meydanın mərkəzinə və hətta onlara aid hissəsinə hərəkət etməyə və xüsusəndə təzyiq göstərən oyunçularını arxaya ( meydanın özüna aid hissəsinə) çəkməyə imkan verir. Rəqib topu itirən kimi, müdafiə olunan komanda mümkün qədər tez və dəqiq hücum etməyə çalışır. Adətən bu, rəqibin müdafiəsini yaran uzun ötürmənin köməyi ilə edilir. Bu üslubun istifadəsində mükəmməlliyə nail olmaq üçün elədə çox ustalıq tələb olunmur. Məsələn, İngiltərənin Tottenhem hotspur klubu, Poçettinonun başçılığı altında, çıxış etdiyi turnirdən asılı olmayaraq bu üslubdan daha çox istfadə edirdi.

4. Total futbol

Əfsanəvi Hollandiya milkisinin 70-ci illərdə istifadə etdiyi oyun tərzini təsvir etmək üçün istifadə olunan bir termin. Bu üslubu tədbiq etmək üçün komandada yüksək texniki və fiziki hazırlıqlı oyunçuların, həmçinin futbolçuların meydandakı rollarını, bir-birini əvəz etmək bacarığının olması tələb olunur. Hücum zamanı oyunçular meydana səpələnirlər və daim yerləri dəyişdirirlər ki, bu da rəqibin müdafiəsində xaos yaradır və işlərini son dərəcə çətinləşdirir.

Müdafiə futbolu 

1. Qapalı müdafiə

Müdafiənin daima qapalı olmasına görə belə adlanır. 4-4-2 düzülüşündə, zona müdafiəsi prinsipindən istifadə edən dörd müdafiəçi ilə baş tutur. 4 müdafiəçidən ibarət bu blok, meydandakı vəziyyətdən asılı olaraq eyni vaxtda irəli və geri hərəkət etməlidir. Burada oyunçuların qarşılıqlı əlaqəsi və bir-birlərini anlaması böyük əhəmiyyət kəsb edir, buna görə sərbəst zonaların və sərbəst rəqib futbolçuların olmaması təmin edilir.

2. Pressinq

Bu oyun tərzini hücum müdafiəsi tərzi adlandırmaq olar. Bu cür komandalar topun harada yerləşməsindən asılı olmayaraq, onu mümkün qədər tez və rəqib qapısına mümkün qədər yaxın istiqamətdə almağa çalışırlar. Bu, digər müdafiəçilərin eyni zamanda rəqib oyunçularına təzyiq yaratması üçün irəli getmələrini tələb edir. Buna görə rəqibin oyununun pozulması üçün süni ofsayd vəziyyətinin tez-tez istifadə olunur. Bundan əlavə, rəqib oyunçuları mümkün qədər tez (adətən uzun ötürmə ilə) oynamağa məcbur olurlar və hücumu davam etdirmək üçün vaxt az qalır və buda komandabın ofsayd vəziyuətinə düşməsi ilə nəticələnir.

3. Zəif təzyiq

Bu, komandaların rəqibini hücuma dartdığı və rəqibin təhlükəli oyunçularını öz tərəflərinə çəkərək oynadığı bir tərzdir. Top itirildikdə, komanda meydanın özünə aid hissəsinə çəkikir və rəqib orta xəttini keçməyə çalışanda onlara hücum etməyə başlayır. Bu oyun tərzi əks hücum tərzinə banzəyir.

Müxtəlif oyun tərzləri 

1. Britaniya üslubu

Mübarizədəki aqressiya və dayanmadan hərəkət - bunlar Britaniya futbolunun xarakterik xüsusiyyətləridir. Çox vaxt komandalar matç boyu oyun sürətini və tempini dəyişmir, həmişə yüksək sürəti qoruyurlar. Komandaların əksəriyyəti birbaşa rəqibin cərimə meydançasına göndərilən uzun ötürmələrin sadə üsulunu üstün tuturlar. Bu oyun tərzi sadədir və köhnəlməsinə baxmayaraq statistik cəhətdən çox əlverişlidir. Oyunçuların, ayrı-ayrılıqda meydanda daha çox işləməsi görməsi tələb olunur. Top alındıqdan sonra dərhal rəqibin qapısında gərginlik yaranması nəzərdə tutulur. Standart müddəalar - oyunun ən vacib komponentlərindən biri: künc zərbələri, vərimə zərbələri və autlardan, top bir qayda olaraq, birbaşa rəqibin cərimə meydanına yönəldilir. Məşqlər zamanı bunlara xüsusi vaxt ayrılır. Bu üslubun gözəl bir nümunəsi 80-ci illərin İrlandiya millisidir. Kaskarino kimi hündür hücum oyunçuları, müdafiəçilərin irəli yönləndirdiyi ötürmələr üçün hər zaman mübarizəyə hazır idilər.

2. Norveç üslubu

Norveç üslubu britaniya üslubuna çox bənzəyir, lakin bəzi incə fərqləri də qeyd etmək lazımdır. Əvvəlcə bu üslub oyunçuların məhdud imkanlarından maksimum yararlanmaq və sərt hava şəraitinin öhdəsindən gəlmək üçün yaradılçışdır. Bundan əlavə, Egil Olsenin milli komandaya baş məşqçi təyin olunması stilin formalaşmasında böyük rol oynadı. Məşqçi, oyun statistikasının ətraflı təhlilinə ciddi inanırdı. (Məşqçiliyi dövründə qolların 91 faizi 5 və daha az ötürmələrin kombinasiyası nəticəsində vurulub).

3. İtaliya futbolu

Bu stil, xüsusən də İtaliyanın özündə, hücumun ləng və ehtiyatla təşkil olunması, müdafiədə amansız sıx oyun ilə xarakterizə olunur. İtalyan komandaları müdafiə oyununa tez-tez tənqid okunurlar. Bu üslub müdafiə və yarımmüdafiələr arasındakı çoxlu sayda ötürmə və topu saxlamağa kömək edən hücumçuların tez-tez geri dönməsi ilə xarakterizə olunur. Möqsəd, rəqibin işini mümkün qədər çətinləşdirmək və onu tipsuz olaraq yormaqdır. İtalyanlar hücumun təşkilini adətən "dispetçer" adlanan 10 nömrəli mərkəz yarımmüdafiəçisinə həvalə edirlər.

4. Cənubi Amerika futbolu

1970-ci ildə Braziliyanın və 1978-ci ildə Argentinanın möhtəşəm komandaları bu üslubun böyük turnirlərdə necə effektiv olduğunu nümayiş etdirdilər. Braziliyanın nümayiş etdirdiyi oyun dəqiq qısa ötürmələrin, kreativ dribblinqlərin, əla texnikanın və indevidual keçidlərin və ya ötürmə ilə qəflətən müdafiəni yarmaq bacarığının vəhdəti idi. Ancaq 1994-cü ilə qədər Braziliya 1970-ci ildən bəri dünya çempionatlarında qalib gələ bilməmişdir. Bunun əsas səbəbi istedadlı futbolçuların vahid komanda oyunu təşkil edə bilməməsi idi. Cənubi Amerika futbolçularının, avropada çıxışları alqışlanır və onların nümayış etdirdiyi komanda oyunu uğurlu hesab olunur. Bir sözlə, Cənubi Amerika futbolunda, futbola məxsus olan hər şey var və oyun boyu bunların hamısını görmək mümkündür.
Ümid edirəm ki, təqdim olunan informasiya kiməsə maraqlı kiməsə faydalı oldu.

Emin Şəmsiyev

Oxşar xəbərlər

Sürət, partlayıcı və başlanğıc gücü, sürət gücü və lokal əzələ dözümlülüyü
15-16 yaş futbolçuların sürət-güc məşqi
Gənc futbolçularla  əsas iş prinsipləri
"Matça diktə edən tərəf Portuqaliya idi" - Şahin Diniyev
Ölkə kubokunda 6 əvəzetmə olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər