"Ayaz Quliyevin Azərbaycan millisində oynaması sevindiricidir" -AÇIQLAMA
Azərbaycan millisinin veteran futbolçusu Deni Qaysumov açıqlama verib.
Sportfm.az xəbər verir ki, Rusiyada yaşayan yığmamızın keçmiş müdafiəçisi "Ximki"nin üzvü Ayaz Quliyevin Azərbaycan millisində oynaya biləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Onun fikrincə, Ayaz millimizə xeyir verə biləcək:
"Ayaz Quliyevə Azərbaycan pasportunun verilməsi barədə xəbərləri görmüşəm. O, təcrübəli futbolçudur. Rusiya Premyer Liqasında oynayır. Məlum məsələdir ki, Azərbaycan millisini gücləndirəcək. O, bir neçə il bundan əvvəl millidə oynamalı idi. Görünür ki, Ayaz Rusiya millisindən dəvət gözləyirmiş. Hər halda, onun kimi keyfiyyətli və təcrübəli futbolçunun Azərbaycan millisində oynaması sevindiricidir".
Xatırladaq ki, Rusiya mətbuatı "Ximki"nin üzvü Ayaz Quliyevə Azərbaycan pasportu verildiyini və "Neftçi"yə keçə biləcəyi haqda yazıblar. (Sportal.az)
Oxşar xəbərlər
Ayaz Quliyev Azərbaycanın klublarından təklif aldı
“Neftçi” Ayaz Quliyevi transfer edir
AFFA Ayaz Quliyevə təklif göndərdi
Ayaz Quliyev Rusiya millisini seçəcək - İddia
Ayaz Quliyevin Azərbaycan yığmasında oynaması ilə bağlı açıqlama gəldi - İstəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası