reklam
“Sabah”ın futbolçuları ÇL finalını canlı izlədilər -
Sportfm.az xəbər saytı

“Sabah”ın futbolçuları ÇL finalını canlı izlədilər -FOTO


İspaniyanın paytaxtı Madriddə baş tutan “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən “Sabah”ın futbolçuları Vətənə kubokla dönüblər. 

Sportfm.az xəbər verir ki, qapıçı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub.  

Digər futbolçulardan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb. 

“Sabah”ın məşqçisi Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib. 

Onlar iyunun 1-də, Madridin “Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü (“Tottenhem” - “Liverpul” 0:2) canlı izləyiblər.

Image may contain: 4 people, people smiling, stadium

Oxşar xəbərlər

"Sabah"ın prezidenti Madriddən kubokla dönən məşqçi ilə görüşdü - FOTOLAR
Azərbaycanlı futbolçu İspaniyada kubok qazandı - FOTO
Roberto Karlos “Sabah”ın məşqçisinə sertifikat təqdim etdi - FOTO
Azərbaycanlı məşqçi Madridə yola düşdü - FOTO
"Sabah"ın məşqçisi İspaniyaya yollanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər