"Sabah"ın prezidenti Madriddən kubokla dönən məşqçi ilə görüşdü -FOTOLAR
“Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində “Sabah”ı və ölkəmizi təmsil etmiş məşqçimiz Samir Əbdürəhmanov, futbolçular Babamirzə Mehdiyev, Ayxan Əlizadə, Fatimə Məhərrəmli və azyaşlı jurnalist Timur Jeltenkov klubun qonağı olub.
Sportfm.az xəbər verir ki, klub prezidenti Maqsud Adıgözəlov, əsas komandanın baş məşqçisi Elşad Əhmədov və yarımmüdafiəçi Rəşad Eyubov İspaniyanın paytaxtı Madriddə baş tutmuş sosial layihədə iştirak etmiş təmsilçilərimizin səfər təəssüratlarıyla tanış olub, turnirdə ölkəmizi və “Sabah”ıu layiqincə təmsil etdiklərinə görə onları təbrik ediblər.
U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov bu cür turnirlərin azyaşlı futbolçular üçün əhəmiyyətini vurğulayaraq, klub rəhbərliyinə hərtərəfli dəstəyə görə təşəkkür edib.
Qapıçımız Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” turniri çempion kimi başa vurub.
Digər futbolçularımızdan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb.
Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.
Məşqçi və futbolçularımız iyunun 1-də, Madridin “Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü canlı izləyiblər.







Oxşar xəbərlər
“Sabah”ın futbolçuları ÇL finalını canlı izlədilər - FOTO
Azərbaycanlı futbolçu İspaniyada kubok qazandı - FOTO
Roberto Karlos “Sabah”ın məşqçisinə sertifikat təqdim etdi - FOTO
Azərbaycanlı məşqçi Madridə yola düşdü - FOTO
“Sabah” Madridə gedəcək heyəti bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası