reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın məşqçisi İspaniyaya yollanacaq


“Sabah” Futbol Klubu bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq. 

Sportfm.az xəbər verir ki, Mayın 28-dən iyunun 2-dək, İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində bu klubun üzvləri də iştirak edəcək. 

Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər. 

Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar. 

“Sabah”ın “Dostluq üçün futbol” sosial layihəsində U-12 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov təmsil edəcək. 

Oxşar xəbərlər

"Sabah"ın prezidenti Madriddən kubokla dönən məşqçi ilə görüşdü - FOTOLAR
“Sabah”ın futbolçuları ÇL finalını canlı izlədilər - FOTO
Azərbaycanlı məşqçi Madridə yola düşdü - FOTO
Samir Əbdürrəhmanov Madridə yollanır
“Sabah” Madridə gedəcək heyəti bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər