İdmançımız Lüksemburqda iki gümüş medal qazandı
Azərbaycan üzgüçüsü Maksim Şemberyev Lüksemburqda keçirilən Avropa Üzgüçülük Federasiyası (LEN) Kubokunun növbəti mərhələ yarışlarında iki gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, Şemberyev 400 metr məsafədə qarışıq üsülda üzmə üzrə 4,23 nəticə ilə ikinci yeri tutub. O, 1500 metr məsafədə 15,38 nəticə ilə gümüş medal əldə edib.
Azərbaycanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov bu nəticəni qənaətbəxş hesab etdiyini söyləyib: “Maksim Şemberyevin qatıldığı 21-ci “Euro Meet” turniri 12-28 iyul 2019-cu ildə Cənubi Koreyanın Kvandju şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır. Bu il ilk mötəbər yarış olduğundan Maksimin tam gücü ilə çıxış etməməsi normal bir haldır. Bu, bizim uzun müddətdir böyük yüklə çalışmalarımızın nəticəsini müəyyənləşdirmək üçün vacib yarışma idi. Maksim onun qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümidvaram ki, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.
Oxşar xəbərlər
Azərbaycan cüdoçularından böyük uğur - Avropada birinci oldular
Güllə atıcımızdan bürünc medal - Avropa çempionatı
Atletlərimiz beynəlxalq yarışda 3 qızıl medal qazandı
Atletimiz Yaponiyada bürünc medal qazandı
Rio-2016: Yığmamız daha bir medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR















Misli Premyer Liqası