reklam
Rio-2016: Yığmamız daha bir medal qazandı
Sportfm.az xəbər saytı

Rio-2016: Yığmamız daha bir medal qazandı


Rio-2016 Yay Paralimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, turnirin sondan bir əvvəlki günündə Azərbaycan millisi daha bir medal qazanıb.   Üzgüçülük yarışlarında mübarizə aparan Dmitri və Roman Saley qardaşları sərbəst stildə 50 metr məsafədə qüvvələrini sınayıblar.   19 üzgüçünün çıxış etdiyi təsnifat mərhələsini uğurla keçən hər iki atletimiz finalda müabrizə aparmağa haqq qazanıblar.   Həlledici mərhələdə isə Dmitri 24.29 saniyə nəticə ilə ikinci olub və gümüş medal qazanıb. Roman isə 24,45 saniyəlik nəticə ilə 4-cü olub.   Daha əvvəl Dmitri brass növündə 100 metrə, Roman isə arxasıüstə 100 metrədə gümüş qazanıblar.  
Qeyd edək ki, bu medal millimiz üçün Rio Paralimpiadasında 10-cu mükafat olub.

Oxşar xəbərlər

Azərbaycan üzgüçüsü finalda - Dünya çempionatı
Roman Saley Rioda Azərbaycana gümüş medal qazandırdı
Azərbaycan Rioda daha iki gümüş medal qazandı
Azərbaycan Rioda daha bir medal qazandı
Paralimpiya oyunlarında növbəti gümüş medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər