"Hazırda isə göyün yeddinci qatındayam. Belə görünür ki, burdan sağ çıxmayacam" -Son mesaj
İnternetdə iki gündür yoxa çıxan təyyarədə olan argentinalı hücumçu Emiliano Salanın son mesajları yayılıb.
Sportfm.az xəbər verir ki, "Kardiff Siti"nin transfer etdiyi "Nant"ın sabiq futbolçusu PA 46 Malibu adlı kiçik təyyarə ilə Fransadan İngiltərəyə yola düşüb. Enişə 1 saat qalmış təyyarə radarlardan itib. Salanın təyyarədə olarkən dostları ilə paylaşdığı votsap qrupuna yazdığı son mesajlar üzə çıxıb. Argentinalının son yazdıqları bunlardır:"Salam dostlar, artıq gücüm qalmayıb. Nantda çox işlər gördüm, hazırda isə göyün yeddinci qatındayam. Belə görünür ki, burdan sağ çıxmayacam. Əgər yarım saatdan sonra məndən xəbər olmasa, heç bilmirəm, məni axtarmaq üçün kimisə göndərmək lazımdırmı!. Çox qorxuram".
Qeyd edək ki, İngiltərə təmsilçisi argentinalını 22 milyon avroya transfer edib.

Oxşar xəbərlər
Vəfat edən futbolçunun transferi ilə bağlı razılığıa gəldilər
Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq
Emiliano Salanın ölüm səbəbi aydınlaşdı
Salanın forma nömrəsi əbədiləşdirildi
Emiliano Salanı aparan təyyarə tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası