reklam
Emiliano Salanın ölüm səbəbi aydınlaşdı
Sportfm.az xəbər saytı

Emiliano Salanın ölüm səbəbi aydınlaşdı


Təyyarə qəzasından sonra dünyasını dəyişən İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın ölüm səbəbi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, argentinalı oyunçu baş və bədən xəsarətləri nəticəsində ölüb.

Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun cəsədi aşkarlanıb. 

Oxşar xəbərlər

Vəfat edən futbolçunun transferi ilə bağlı razılığıa gəldilər
Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq
Salanın forma nömrəsi əbədiləşdirildi
Emiliano Salanı aparan təyyarə tapıldı
İtkin düşən futbolçunun axtarışlarını bərpa etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər