reklam
Salanın forma nömrəsi əbədiləşdirildi
Sportfm.az xəbər saytı

Salanın forma nömrəsi əbədiləşdirildi


Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı. Suyun altından çıxarılan təyyarədə isə argentinalı hücumçunun cəsədi tapılıb.

Sportfm.az xəbər verir ki, "Nant" klubu yeni qərar qəbul edib. Klub prezidenti Valdemar Kita Salanın 9 nömrəli formasının əbədiləşdirildiyini deyib. Klub saytına açıqlama verən başqan bundan sonra komandada heç bir futbolçunun bu mömrə altında çıxış etməyəcəyini deyib.

28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i geri dönərkən 59 yaşlı pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

Oxşar xəbərlər

Futbolçunun ölümünə səbəb olanlar həbs olundu - Hadisə
Salanın ölümü ilə bağlı dəhşətli xəbər
Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq
Emiliano Salanı aparan təyyarə tapıldı
İtkin düşən futbolçu haqqında yeni açıqlama verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər