reklam
Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq
Sportfm.az xəbər saytı

Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq


Çempionlar Liqası və Avropa Liqasında bu həftə keçiriləcək oyunları bir dəqiqəlik sükutla başlayacaq. 

Sportfm.az xəbər verir ki, təyyarə qəzasında dünyasını dəyişən argentinalı hücumçu Emiliano Salanın xatirəsi yad ediləcək. 

28 yaşlı hücumçu yanvarın 19-u "Nant"dan "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i Böyük Britaniyaya qayıdarkən 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi. 

Qeyd edək ki, argentinalı hücumçu "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

Oxşar xəbərlər

Futbolçunun ölümünə səbəb olanlar həbs olundu - Hadisə
Vəfat edən futbolçunun transferi ilə bağlı razılığıa gəldilər
Emiliano Salanın ölüm səbəbi aydınlaşdı
Salanın forma nömrəsi əbədiləşdirildi
Emiliano Salanı aparan təyyarə tapıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər