Vəfat edən futbolçunun transferi ilə bağlı razılığıa gəldilər
“Kardiff Siti” və “Nant” təyyarə qəzasında həlak olan Emiliano Salanın transferi üçün ödənişlə bağlı razılığa gəliblər.
Sportfm.az xəbər verir ki, fransızlar 5 milyon funt sterlinq məbləğində ilk ödəmənin bir həftə təxirə salınmasına etiraz etməyiblər.
Uelslilər 29 yaşında dünyasını dəyişən hücumçunun transfer üçün nəzərdə tutulan məbləğin 1/3-ni fevralın 20-dək verməli idilər.
Lakin “Kardiff Siti” rəhbərliyi “Nant”dan futbolçunun faciəvi ölümü ilə bağlı istintaqın nəticələrini gözləməyi xahiş edib.
Emiliano Sala “Kardiff Siti”yə qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub.
Argentinalı forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib.
Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.
Oxşar xəbərlər
Fransa klubu FİFA-ya şikayət edəcək
Emiliano Sala 1 dəqiqəlik sükutla anılacaq
Emiliano Salanın ölüm səbəbi aydınlaşdı
Salanın forma nömrəsi əbədiləşdirildi
Emiliano Salanı aparan təyyarə tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı













Misli Premyer Liqası