reklam
Qadınlardan ibarət Almaniya yığması Bakıya gəlir
Sportfm.az xəbər saytı

Qadınlardan ibarət Almaniya yığması Bakıya gəlir


Avropa Stolüstü Tennis Birliyinin təqvim planına müvafiq olaraq, 2019-cu il Avropa komanda çempionatının növbəti təsnifat mərhələsi Bakıda keçiriləcək.

Sportfm.az ki, oktyabrın 2-də saat 15:00-da qadınlardan ibarət Azərbaycan yığma komandası Almaniya yığması, saat 18:00–da isə kişilərdən ibarət komandamız Litva millisi ilə görüşəcək.

Avropa Stolüstü Tennis Birliyinin yeni qaydalarına əsasən, Avropa komanda və şəxsi çempionatları bir il şəxsi və növbəti il komanda olmaqla keçiriləcək. 2019-cu ildə keçiriləcək Avropa komanda çempionatında 24 qadın və 24 kişi komandası iştirak hüququna malikdir. Bu 24 millinin arasında yer almaq üçün Avropa komandaları ev sahibi və səfərdə olmaqla təsnifat oyunlarında iştirak edirlər.

Təsnifat oyunu “Şüa” idman sağlamlıq kompleksində keçiriləcək.

Oxşar xəbərlər

Evdə məğlubiyyətlə başladıq
Yığmalarımız İtaliya və Türkiyəyə qarşı - Avropa çempionatı
Azərbaycan yığması Lüksemburq seçməsi ilə görüşəcək
Stolüstü tennisçimiz Avropanın ən güclüsüdür
Tennisçilərimiz Avropa çempionatının finalına yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər