Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tennisçilərimiz Avropa çempionatının finalına yüksəldi
Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
Sportfm.az xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda oğlanlardan ibarət komandamız çempionatın 1/8 mərhələsi ilə kifayətlənməli olub. Qızlardan ibarət yığmamız isə 1/4 finalda Almaniya yığmasına, yarımfinalda isə Fransa yığmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiya yığması ilə görüşəcək.
Xatırladaq ki, 2017-ci ildə Avropa çempionatında gənclər arasında qızlardan ibarət yığmamız komanda hesabında üçüncü yer tutaraq bürünc medal, şəxsi yarışlarda isə qız tennisçimiz qızıl medal qazanıb.
Oxşar xəbərlər
Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında
Qadınlardan ibarət Almaniya yığması Bakıya gəlir
Stolüstü tennisçimiz Avropanın ən güclüsüdür
Millimiz gənclər arasında Avropa çempionatında iştirak edəcək
Tennisçilərimiz Avropa çempionatının yarımfinalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası