Azərbaycan yığması Lüksemburq seçməsi ilə görüşəcək
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması yanvarın 5-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, seçmə mərhələnin “G” qrupunda ikinci pillədə qərarlaşan millimiz saat 18:00-da Lüksemburq yığmasını qəbul edəcək. Görüş Azərbaycan Voleybol Mərkəzində oynanılacaq.
Hazırda “G” qrupuna 11 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (5 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.
Voleybolçularımız qrupda sonuncu oyunu yanvarın 9-da səfərdə İsveç millisinə qarşı keçirəcəklər.
Kişi voleybolçular arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatacaq. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparır. Seçmə mərhələnin yekununda 12 komanda - 7 qrupun hər birinin qalibləri və qrup ikinciləri arasında ən yaxşı göstəricilərə sahib olan beş komanda “Avro 2019”un final mərhələsinə vəsiqə qazanacaq.
Final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə mərhələləri seçmə mərhələdə iştirak etməkdən azad olunublar.
Oxşar xəbərlər
Millimiz Türkiyə yığmasına uduzdu - Avropa çempionatı
Millimiz Avropa çempionatında iştirak edəcək
Millimiz dünya çempionatında İtaliya yığması ilə qarşılaşacaq
Yığmamız Yunanıstan komandası ilə qarşılaşdı
Yığmamız ilk oyununu Polşaya qarşı keçirəcək - AÇ başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası