Şaban Donat: "İndi taktiki-texniki çalışmalara üstünlük veririk"
Yunan-Roma güləşi üzrə yığmamız Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Sportfm.az xəbər verir ki, sentyabrın 2-də başlayan hazırlıq prosesi ayın 15-dək davam edəcək. Millimizin baş məşqçisi Şaban Donat toplanışla bağlı AGF-nin saytına açıqlama verib:
“Hazırlıqlar plan üzrə gedir. Göygöldə keçirdiyimiz bundan öncəki təlim-məşq toplanışında fiziki hazırlığa daha çox diqqət ayırmışdıq. İndi taktiki-texniki çalışmalara üstünlük veririk. Ancaq yalnız zalda yox, açıq havada da məşqlərimiz olur. Komandada vəziyyət yaxşıdı. Ab-hava yüksəkdir. Sentyabrın ortalarında Belarusda keçiriləcək Oleq Karavaevin xatirə turnirində çatışmazlıqları aşkara çıxaracağıq. Daha sonra həmin çatışmazlıqlar üzərində işləyəcəyik. Dünya çempionatına yaxşı hazırlaşıb, Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyik. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün lazım olan şəraiti yaradıb”.
Mütəxəssis güləşçilərimizdən yalnız birinin zədəli olduğunu dedi: “Hazırda yığma üzvlərindən yalnız Rəsul Çunayev aramızda deyil. O, indi Türkiyənin Antalya şəhərində bərpa prosesi keçir. Dünya çempionatına kimi sıralarımıza dönəcəyi gözlənilir”.
Oxşar xəbərlər
Azərbaycanın güləş milliləri dünya çempionatına hazırlaşır
Yığma komandaların açıq məşqi keçirildi
Güləşçilərimiz dünya çempionatına hazırlaşırlar - FOTO
Güləşçilərimizin Göygöl toplanışı davam edir
"Zədəli güləşçimizin olmaması sevindiricidir" - Aslan Ağayev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
"Arsenal" "Siti"yə məğlub oldu - Premyer Liqa
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
Azərbaycan kubokunda hakim təyinatları















Misli Premyer Liqası