reklam
Sportfm.az xəbər saytı

"Zədəli güləşçimizin olmaması sevindiricidir" -Aslan Ağayev


Qadınlardan ibarət yığmamız Belarusda təlim-məşq toplanışını davam etdirir.
Sportfm.az xəbər verir ki, sentyabrın 4-dən bu ölkənin paytaxtı Minskdə hazırlıq keçən millimizin baş məşqçisi Aslan Ağayev AGF-nin saytına toplanışın gedişi və qarşıdakı planlarla bağlı açıqlama verib:
“Hazırlıq prosesi plan üzrə gedir. Hər şey qaydasındadır. Zədəli güləşçimizin olmaması sevindiricidir. Minskdə Belarus, Latviya və Hindistan yığmalarıyla birgə toplanış keçirik. Burada Aleksandr Medvedin şərəfinə keçiriləcək turnirdən sonra vətənə qayıdacağıq. Bir müddət Bakıda hazırlıq keçdikdən sonra dünya çempionatı ərəfəsində son təlim-məşq toplanışını keçmək üçün Türkiyəyə yollanacağıq. Orada yerli komandayla yanaşı, Rumıniya və Hindistanın da iştirakıyla birgə toplanış baş tutacaq. Macarıstana da Türkiyədən səfər edəcəyik”.

Oxşar xəbərlər

Mariya Stadnik reytinq xarakterli yarışa qatılacaq - Polşada
Güləşçilərimiz Türkiyə və Moldova yığmaları ilə birgə hazırlaşır - VİDEO
Türkiyə və Azərbaycan millisi bir araya gələcək - Təlim-məşq toplanışı
Güləşçilərimiz çinlilərlə birlikdə hazırlaşır
Güləşçilərimiz Belarusa yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər