• 23:26 Çərşənbə
    25 May 2022
  • Footvolley
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Teqball
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Yığma komandaların açıq məşqi keçirildi

Yığma komandaların açıq məşqi keçirildi

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız hazırlıq prosesini davam etdirir.
Sportfm.az xəbər verir ki, bu gün milli komandalarımızın açıq məşqi baş tutub. Azərbaycan Güləş Federasiyasının stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyib. Belə ki, güləşçilərimiz pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib. Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir. Azərbaycan Güləş Federasiyası idmançılarımızın yüksək hazırlıq səviyyəsində olması üçün milli komandalara lazım olan şərait yaradıb, maddi-texniki təminat həyata keçirilib.

Qeyd edək ki, açıq məşqi işıqlandıran mətbuat nümayəndələri brifinqdə məşqçilər və güləşçilərə suallarını ünvanlayıb:  
Aleksandr Tarakanov, yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi: “Pandemiya ilə bağlı məşqlərimizi açıq havada davam etdiririk. Təbii ki, xalça üzərində edilən bəzi təmrinləri stadionda icra etmirik. Qalan bütün məşq detalları eyni qaydada keçirilir. Onu da qeyd edim ki, dəniz kənarında da məşqlərimiz olur. Azərbaycan dövlətinə və federasiyasımızın rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bizə məşq etmək üçün imkan verilib və lazım olan şərait yaradılıb. Bu da güləşçilərin xeyrinədir. Qapalı məkanlarda məşqlərə icazə verildikdən sonra təlim-məşq toplanışlarımız əvvəlki qaydada davam edəcək”.
Rafiq Hüseynov, yunan-Roma güləşi üzrə dünya ikincisi və ikiqat Avropa çempionu: “Hal-hazırda açıq hava şəraitində məşqlərimizi davam etdiririk. Sərt karantin günlərində ev şəraitində yığma komandanın məşqçilərinin verdiyi proqrama əsasən məşq edirdik. Federasiya tərəfindən bunun üçün lazım olan avadanlıq və inventarla təmin olunmuşduq. Bir ay ərzində tam formaya düşəcəyimizi düşünürəm. Əsas hədəfimiz Olimpiya Oyunlarıdır. Bizim işimiz hazırlaşmaqdır. Məşqlərimizi davam etdiririk. Ümid edirəm ki, Tokio Olimpiadası gələn il baş tutacaq. Əlbəttə, təxirəsalma xoşagələn hal deyil. Ancaq hamı bu vəziyyətlə üzləşib. Səbr edib, gələnilki Olimpiadanı gözləməliyik və buna səylə hazırlaşmalıyıq”.
Arif Abdullayev, sərbəst güləş üzrə yığmamızın məşqçisi: “Sərt karantinin tətbiq olunduğu aprel-may aylarında güləşçilərimiz ev şəraitində məşqlərini davam etdirdi. Biz onlarla daim əlaqə saxlayırdıq ki, formadan düşməsinlər. İdmançılarımızın fiziki və taktiki-texniki hazırlığını ən yüksək səviyyəyə çatdırmağa çalışırıq ki, dekabrda keçirilməsi gözlənilən dünya çempionatına tam hazır olaq. Martda lisenziya turnirinə yollanmağa hazırlaşarkən yarışlar təxirə salındı. Ancaq federasiya rəhbərliyi və məşqçilər korpusu güləşçilərə həmişə olduğu kimi, dəstək verərək ruhdan düşməyə qoymadı”.
Hacı Əliyev, sərbəst güləş üzrə Olimpiadanın bürünc medalçısı, 3 qat dünya və 3 qat Avropa çempionu: “Gördüyünüz kimi, məşqlərimiz açıq havada davam edir. Dekabrda dünya çempionatı keçirilə bilər. Biz də buna hazırlaşırıq. Ancaq bu yarış ləğv olunsa belə, yenə də məşqlərimizi davam etdirməliyik ki, formada qalaq. Karantin dövründə daha çox fiziki hazırlığa üstünlük vermişik. Mənə elə gəlir ki, bütün güləşçilərin fiziki durumu qaydasındadır. Sərt karantin günlərində də məşqlərimizə ara vermədik. Ev şəraitində məşq edirdik”.
скачать dle 10.4 UTF-8Forex для начинающих

19-09-2020
306
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
23-11-2020
Azərbaycan Güləş Federasiyası bəyanat yaydı
Azərbaycan Güləş Federasiyası bəyanat yaydı
19-09-2020
"Çətin məşqləri birdən-birə azaltdıq" - Hacı Əliyev
5-03-2020
Millimiz Hindistan yığmasıyla birgə hazırlaşır
Millimiz Hindistan yığmasıyla birgə hazırlaşır
25-02-2020
Azərbaycan güləşçiləri hazırlığı davam etdirir
Azərbaycan güləşçiləri hazırlığı davam etdirir
19-02-2020
Yığmalarımız növbəti təlim-məşq toplanışına başladı
Yığmalarımız növbəti təlim-məşq toplanışına başladı
31-01-2020
Toplanış davam edir
Toplanış davam edir
28-01-2020
Yığmamız təlim-məşq toplanışına start verdi
Yığmamız təlim-məşq toplanışına start verdi
27-01-2020
Romadakı yarışa Bakıda hazırlıq başladı
Romadakı yarışa Bakıda hazırlıq başladı
15-08-2019
Millimiz dünya çempionatı üçün təlim-məşq toplanışına başladı
Millimiz dünya çempionatı üçün təlim-məşq toplanışına başladı
11-09-2018
Şaban Donat:
Şaban Donat: "İndi taktiki-texniki çalışmalara üstünlük veririk"
27-06-2018
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır
15-03-2018
Avropa çempionatına Xaçmaz və Astarada hazırlaşanlar -
Avropa çempionatına Xaçmaz və Astarada hazırlaşanlar - FOTO
15-02-2018
Güləşçilərimiz Avropa çempionatına hazırlaşır
Güləşçilərimiz Avropa çempionatına hazırlaşır
15-01-2018
Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü -
Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü - FOTO
7-08-2017
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
Güləş yığmalarımız Dünya çempionatına hazırlıqları davam etdirir
  Xəbər lenti
"Anderlext"in baş məşqçisi istefa verdi - Ayrılıq 25.05.2022, 22:31
Yığmamız Laviyanı məğlub etdi - Yoldaşlıq görüşü 25.05.2022, 21:56
Dünya futbolu çox şey itirəcək... O, gedir 25.05.2022, 20:15
"Brilyant" medal qazana bilmədi 25.05.2022, 20:08
"Qalatasaray" onu təkrar qaytarır 25.05.2022, 18:43
Mahir Emreli çexiyalını qabaqladı 25.05.2022, 18:37
"Kəpəz" onu rənglərinə qatacaqmı? - AÇIQLAMA 25.05.2022, 17:54
"Şamaxı" "batır" - 3 ayrılıq birdən 25.05.2022, 17:47
“Sabah”da daha bir ayrılıq - Müqavilə bitdi 25.05.2022, 16:50
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 27 66
2 Neftçi 27 50
3 Zirə 27 46
4 Qəbələ 27 44
5 Sabah 27 40
6 Şamaxı 27 21
7 Sumqayıt  27 19
8 Səbail 27 15
Ətraflı
4-05-2022
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
Futbolçuların fiziki hazırlığının laboratoriya müayinəsi göstəricilərinin informativliyi
28-04-2022
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
16-05-2022
Futbolda hazırlıq dövrü, aerob davamiyyət hazırlığı
Futbolda hazırlıq dövrü, aerob davamiyyət hazırlığı
21-05-2022
Futbolda bədən tərbiyəsi
Futbolda bədən tərbiyəsi
30-04-2022
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
14-15 yaşlı gənc futbolçuların yaş xüsusiyyətləri
10-05-2022
Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti
Müxtəlif yaş qruplarında tədris-məşq məşğələlərinin keçirilməsinin xüsusiyyəti
29-04-2022
Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib
Sabiq braziliyalı ulduz futbolçu Romario Azərbaycan nümayəndə heyətini qəbul edib FOTO
12-05-2022
14 saatlıq uçuş zamanı ancaq bir şeyi düşünürdüm  –
14 saatlıq uçuş zamanı ancaq bir şeyi düşünürdüm – Latın Amerikası ölkəsinə tez varmaq
21-05-2022
Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb -
Litva nümayəndə heyəti federasiya rəsmiləri ilə görüşüb - FOTOLAR
Bugün, 14:35
50 manatlıq kubok, ölən futzal və...
50 manatlıq kubok, ölən futzal və... Ruhuna fatihə
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Qaradağ Lökbatan 24 55
2 Şamaxı-2 24 44
3 Qarabağ-2 24 42
4 Sabah-2 24 39
5 Neftçi-2 24 38
6 MOİK 24 36
7 Kəpəz 24 36
8 Zaqatala 24 33
9 Qəbələ-2 24 33
10 Turan Tovuz 24 33
11 Sumqayıt-2 24 20
12 Səbail-2 24 15
13 Zirə-2 24 12
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb