Güləşçilərimizin Göygöl toplanışı davam edir
Yunan-Roma güləşi üzrə yığma komandamızın Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.
Sportfm.az xəbər verir ki, aprelin 24-dən start verilən hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmanın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi ilə 30-a yaxın güləşçi iştirak edir. Gənclərin də daxil olduğu geniş heyət gündə üç dəfə məşq edir. Gündüz fiziki hazırlığa diqqət yetirilirsə, axşam əsasən taktiki-texniki çalışmalara üstünlük verilir.
Qeyd edək ki, Göygöl toplanışı mayın 8-dək davam edəcək. Daha sonra millimiz mayın 10-dan 12-dək Ukraynada keçiriləcək beynəlxalq turnirdə çıxış etmək üçün Kiyevə yollanacaq.
Oxşar xəbərlər
Millimiz bu dəfə Almaniyada hazırlaşır
Yığmamız hazırlığa başladı
Toplanış davam edir
Güləşçilərimiz Belarusa yollanır
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA














Misli Premyer Liqası