Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"dən azarkeşlərə böyük jest
Avropa Liqasının play-off mərhələsi çərçivəsində 18 avqustda Mərdəkanda - "Dalğa Arena"da keçiriləcək "Qəbələ" - "Maribor" oyununa azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün ayrılacaq avtobusların marşrutu müəyyənləşib. Sportfm.az xəbər verir ki, avtobuslar saat 18:00-dan etibarən Gənclik metrostansiyası yaxınlığındakı ərazidən hərəkətə başlayacaq.
Ən son avtobusun sözügedən məkandan saat 19:30-da çıxması planlaşdırılır. Geri dönüş çıxış nöqtəsi "Dalğa Arena" olmaqla Koroğlu-Gənclik-20 yanvar metrostansiyaları marşrutu üzrə həyata keçiriləcək. Qeyd edək ki, avtobuslar komfortlu "Baku Bus" avtobuslarıdır.
Bundan əlavə, metronun gecə saat 01:00-dək fəaliyyət göstərməsi üçün Bakı Metropoliteninə rəsmi müraciət ünvanlanıb və razılıq əldə edilib
Oxşar xəbərlər
Kubokun finalında azarkeşlər üçün müjdə
"Qarabağ" azarkeşlərə pulsuz avtobus ayırdı - Yenə
Azarkeşlər "Dalğa Arena"ya ödənişsiz gedəcəklər
"Qarabağ" - "Partizani" oyununa neçə bilet satıldı?
"Qarabağ" azarkeşlərini unutmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası