Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azarkeşlər "Dalğa Arena"ya ödənişsiz gedəcəklər
“Qarabağ” bu gün saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın Partizani klubuyla qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən (klubun müraciəti əsasında) xüsusi avtobuslar ayrılıb.
18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq.
Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq.
Oxşar xəbərlər
Kubokun finalında azarkeşlər üçün müjdə
"Qarabağ" azarkeşlərə pulsuz avtobus ayırdı - Yenə
"Qarabağ" - "Partizani" oyununa neçə bilet satıldı?
"Qarabağ" azarkeşlərini unutmadı
"Qəbələ"dən azarkeşlərə böyük jest
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası