reklam
Kubokun finalında azarkeşlər üçün müjdə
Sportfm.az xəbər saytı

Kubokun finalında azarkeşlər üçün müjdə


"Qarabağ" və "Zirə" komandaları arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.

Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.

“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq.

Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək.

Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.

Oxşar xəbərlər

Azarkeşlər "Dalğa Arena"ya ödənişsiz gedəcəklər
"Qarabağ" azarkeşlərini unutmadı
Yenə "Qarabağ", yenə gücləndirilmiş iş rejimi
Bir neçə metro stansiyasının iş qrafiki dəyişir - Formula 1-ə görə
"Qəbələ"dən azarkeşlərə böyük jest

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər