İdmançımız Avropa çempionatında 25-ci yeri tutdu
Serbiyanın Novıy Sad şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, qitə çempionatının ikinci yarış günündə kişilər arasında şpaqa və qadınlar arasında rapirada qaliblər müəyyənləşib.
Azərbaycanı şpaqada təmsil edən Kənan Əliyev turnirə uğurlu start verib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan idmançı birbaşa 1/32 final mərhələsinə vəsiqə qazanıb.
O, bu mərhələdə Angel Fabreqata 15:12 hesabı ilə qalib gəlib. K.Əliyev 1/16 finalda ispan şpaqaçı Qabriel Ciminiyə 9:15 hesabı ilə məğlub olub və 104 idmançı arasında 25-ci yeri tutub.
Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
Oxşar xəbərlər
İdmançılarımız Dünya Çempionatında
Şpaqaçılarımız AÇ-ni medalsız başa vurdu
İdmançımız dünya birinciliyində bürünc medal qazandı - FOTO
Azərbaycan komandasından Dünya Kubokunda uğursuz çıxış
Qılınc oynadaraq altıncı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR















Misli Premyer Liqası