reklam
Bakıda yeni qaydalar olacaqmı?
Sportfm.az xəbər saytı

Bakıda yeni qaydalar olacaqmı?


Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" üzrə dünya çempionatının əsasnaməsindəki dəyişiklikləri təsdiqləyib.

Sportfm.az xəbər verir ki, idman və texniki qaydalardakı dəyişikliklər 2019-cu il mövsümündən qüvvəyə minəcək.

Bunlar ön qanad, əyləc kanalları, arxa qanadda aerodinamik dəyişiklikləri özündə birləşdirir və ötmə əməliyyatlarının artırılmasına yönəldilib.

Həmçinin FİA 2018-ci ilin idman yarışları qaydalarındakı dəyişiklikləri təsdiqləyib. Yeni qaydaya əsasən, avtomobillər və sürücülər dövlət himninin səsləndirilmə mərasiminə 10 dəqiqə qalmış start hasarında olmalıdırlar. Bu da medianın sürücülərə daha yaxşı çıxışını təmin etmək üçündür.

Qeyd edək ki, dəyişikliklər 8 - 10 iyunda keçiriləcək Kanada Qran Prisindən başlayaraq fəaliyyət göstərəcək.

Oxşar xəbərlər

"Formula 1" bolidlərinin ölçüsü kiçildilir
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
"Formula 1"-də gigiyena qaydalarına əməl olunmalıdır
Futbolda yeni qaydalar - IFAB təsdiqlədi
Futbolçular vaxt apara bilməyəcək! - Yeni qaydalar təsdiqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər