Futbolçular vaxt apara bilməyəcək! -Yeni qaydalar təsdiqləndi
Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) Şotlandiyanın Aberdin şəhərindəki iclasında bir sıra qayda dəyişiklikləri təsdiqlənib.
Sportfm.az qaydalardakı dəyişiklikləri təqdim edir.
- Qəsdən və ya bilməyərəkdən bir futbolçunun əllə qol vurması halında qol qeydə alınmayacaq. Eyni durumlarda futbolçu qol vurmaq şansı əldə edərsə, oyun davam etdirilməyəcək.
- Əvəzlənən futbolçunun artıq texniki zonaya qədər gəlməsinə ehtiyac olmayacaq. O, özünə ən yaxın yerdən meydanı tərk etməlidi. Bu, vaxta qənaətə hesablanıb.
- Feyr-pley qaydalarına uyğun olmayan hərəkətlərə görə meydandan kənardakı texniki heyətə sarı və qırmızı vərəqə göstərilməsi mümkün olacaq.
- Cərimə zərbələri zamanı hücum edən komandanın futbolçuları canlı səddə azı 1 metr aralı qalmalıdı.
- Topun hakimə dəyməsinin də aralarında olduğu bir neçə halda mübahisəli top elan ediləcək.
Yeni qaydalar növbəti mövsümdən etibarən qüvvədə olacaq.
Oxşar xəbərlər
Futbolda yeni qaydalar - İFAB qəbul etdi
Futbolda yeni qaydalar - IFAB təsdiqlədi
Azərbaycan futbolunda yeni qaydalar - SİYAHI
Futbolda maraqlı və dəyişkən qaydalar qüvvəyə minir
Futbol qaydalarına 4 dəyişiklik təklif edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası