reklam
Sportfm.az xəbər saytı

"Formula 1" bolidlərinin ölçüsü kiçildilir


"Formula 1" Komissiyasının iclasından sonra Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il mövsümü üçün dünya çempionatının bolidlər baxımından texniki reqlamentinin yaradılacağı prinsipləri açıqlayıb.

Sportfm.az xəbər verir ki, FIA avtomobillərin ölçülərinin kiçildiləcəyini və çəki artımının dayandırılacağını bildirib.

Qərara əsasən, bolidlər ətraf mühitə uyğun və səmərəli olacaq. Avtomobillər arasında sıx rəqabət və onların daha da təkmilləşdirilməsi nəzərə alınacaq.

FIA xərcləri azaltmaq üçün strateji cəhətdən seçilmiş komponentlərin standartlaşdırılması və sadələşdirilməsi işini davam etdirəcək. Həmçinin ekoloji cəhətdən təmiz materialların və ya texnologiyaların istifadəsi genişləndiriləcək. Bundan əlavə, onların yenidən istifadəyə yararlığına diqqət yetiriləcək.

Qurum bolidlərin təhlükəsizliyini yaxşılaşdırmağa yönəlmiş işlərini də davam etdirəcək.

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Oxşar xəbərlər

Klassik avtomobillərin sərgisi və yürüşü təşkil ediləcək - Formula 1
Bolidlərin çəkisi azaldılacaq - "Formula 1"
"Formula 1" ABŞ Qran-prisi ilə müqaviləni uzatdı - 2026-cı ilədək
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
Formula 1 Azərbaycan Qran Prisi 10 min iş yeri açır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər