reklam
Sportfm.az xəbər saytı

"Formula 1"-də gigiyena qaydalarına əməl olunmalıdır


Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb.

Sportfm.az xəbər verir ki, çempionatın rəhbərliyi yarışlarda təhlükəsizliyi tam təmin etmək məqsədilə komandalar arasında gigiyena qaydalarına əməl olunmasını tələb edib.

Formula 1 2020-ci ildə yarışları təhlükəsiz şəraitdə keçirmək məqsədi ilə komandalar üçün yeni qaydalar tərtib edib. Belə ki, iyulun 5-də Avstriyada başlanası, daha sonra Macarıstan, Böyük Britaniya, İspaniya, Belçika və İtaliyada keçiriləsi yarışlardan əvvəl komandalar müəyyən prosedurlardan keçməlidir. Qaydaya əsasən, Qran-Prinin keçirildiyi ölkəyə gəlmək istəyən komandaların hər bir əməkdaşı səfərə çıxmazdan əvvəl koronavirus testindən keçməli və onun mənfi nəticəsi ilə bağlı arayışı təqdim etməlidir. Bununla belə, özəl tibbi şirkətlər də yarışın keçirildiyi məkanda komandaların üzvlərini bir daha yoxlamalıdır.

İlk yarışlar azarkeşsiz keçiriləcək. Formula 1 rəhbərliyi yalnız pandemiya ilə bağlı vəziyyət sabitləşəndən sonra azarkeşlərin avtodromlara buraxılacağına ümid etdiklərini bildirib. Bu müddət ərzində komandaların texniki heyətinin üzvləri də məhdud sayda Qran-Prilərə buraxılacaq. Bütün bu qaydalar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) əməkdaşlarına da aiddir. 

Oxşar xəbərlər

Formula 1 üçün ciddi təhlükə - Braziliya Qran-prisi
"Formula 1" təhlükəsizlik avtomobili - FOTO
"Formula 1" 2027-ci ilə qədər keçiriləcək
"Formula 1" üzrə daha iki Qran-pri təxirə salınacaq
Koronavirus Formula 1-də "vurdu" - Tarixi qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər