reklam
Avropa Liqasında 50-ci sülh
Sportfm.az xəbər saytı

Avropa Liqasında 50-ci sülh


Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan matçda "Qəbələ”nin Fransada "Lill”lə 1:1 hesablı heç-heçəsi yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu bərabərlik Azərbaycan klublarının turnirdə 50-ci sülhü kimi tarixə düşüb. 2009-cu ildən Avropa Liqası adlanan əvvəlki UEFA kubokunda 1994-cü ildə debüt edən klublarımız indiyədək 178 matç keçirib. Bu görüşlərdə 47 qələbəsi və 81 məğlubiyyəti olan təmsilçilərimiz Lilldəki oyunadək 49 heç-heçə etmişdi.
 
Qitənin əvvəl 3-cü, indi 2-ci dərəcəli klub turnirində 161 qol vuran təmsilçilərimiz 264 top buraxıb.

Oxşar xəbərlər

“Neftçi” və “Qəbələ”nin 68-ci dueli
"Qəbələ" ilə 66-cı duel
"Qarabağ"ın fransızlarla 11-ci sınağı - xoşbəxt rəqəm axtarışında
"Qəbələ" Avroliqada: 21 futbolçu, 5 qələbə, 20 qol
100-cü heç-heçə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər