"Qarabağ"ın fransızlarla 11-ci sınağı -xoşbəxt rəqəm axtarışında
Sabah Konfrans Liqasında pley-off mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, Avropanın üçüncü dərəcəli klub turnirində qrup səddini adlayan “Qarabağ” “Marsel”lə görüşəcək.
İlk matç Fransada baş tutacaq. Bu, Azərbaycan və Fransa klubları arasında 11-ci avrokubok görüşü olacaq.
Əvvəlki 10 matçda aşkar üstünlük rəqiblərin tərəfindədir. Cəmi 1 qələbəsi olan təmsilçilərimiz 4 heç-heçə ilə təsəlli tapıb və 6 dəfə uduzub. 5 qol vuran komandalarımız 16 top buraxıb.
Əvvəlki 10 matçdan 4-ü təsnifat, 6-sı qrupda baş tutub. Olimpiya sistemli iki duelə sığan 4 görüşdə təmsilçilərimiz 1 qələbə və 1 heç-heçəyə nail olub. İki dueldən birində “Monpelye”, birində “Qəbələ” tur adlayıb. “Qırmızı-qaralar” “Lill”i keçməklə “Böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Əsas mərhələlərdə, yəni qrupda qələbəmiz yoxdur. “Qarabağ” ilkə imza atmağa çalışacaq.
Fransalılarla yalnız iki komandamız üz-üzə gəlib. “Qarabağ” 6, “Qəbələ” 4 belə matç keçirib. 7-ci sınaq ağdamlılar üçün xoşbəxt rəqəm ola bilər.
23 il öncə “Monpelye”dən ağır zərbələr alan “Qarabağ” “Monako” və “Sent-Etyenn”lə dörd qrup oyununda üç bərabərliyə imza atıb və yalnız bir dəfə, özü də minimal hesabla uduzub.
1999/2000
İntertoto kuboku
2-ci mərhələ
4 iyul. “Qarabağ” – “Monpelye” (Fransa) - 0:3
11 iyul. “Monpelye” (Fransa) - “Qarabağ” - 6:0
2014/15
Avropa Liqası
Qrup mərhələsi
18 sentyabr. “Qarabağ” – “Sent Etyen” (Fransa) - 0:0
27 noyabr. “Sent-Etyen” (Fransa) – “Qarabağ” - 1:1
2015/16
Avropa Liqası
Qrup mərhələsi
22 oktyabr. “Monako” (Fransa) – “Qarabağ” – 1:0
5 noyabr. “Qarabağ” – “Monako” (Fransa) – 1:1
2016/17
Avropa Liqası
3-cü təsnifat mərhələsi
28 iyul. “Lill” (Fransa) – “Qəbələ” – 1:1
4 avqust. “Qəbələ” – “Lill” (Fransa) – 1:0
Qrup mərhələsi
20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0
3 noyabr. “Qəbələ” – “Sent-Etyen” (Fransa) – 1:2
Oxşar xəbərlər
"Renn"dən səfərdə 4 qol - Liqa 1
“Marsel” doğma meydanda “Lill”ə qarşı - AFİŞA
Fransa kubokunda 1/16 final cütləri - SİYAHI
PSJ səfərdə “Sent-Etyen”ə qarşı - AFİŞA
PSJ “Nant”a qarşı - AFİŞA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şahdağ Qusar" "Mingəçevir"ə qarşı - I Liqa
-
Babək Quliyev UEFA-nın seminarına dəvət aldı
-
Azərbaycan və Venesuela Federasiyaları arasında memorandum imzalandı
-
Musa Qurbanlı üçün mövsüm bitdi
-
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət - Azərbaycan çempionatları















Misli Premyer Liqası