100-cü heç-heçə
Topaz Premyer Liqasının IX turunun "Zirə” ilə ev oyunu AZAL üçün iki fərqli yubileylə əlamətdar olub. Sportfm.az PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunlardan biri müsbət, digəri mənfi xarakter daşıyıb.
Matçda hesabı açan Sezar Meza Kolli AZAL-ın qapısına vurulan 350-ci qolun müəllifi olub. Premyer Liqada ilk oyununu 2005-ci ildə keçirən paytaxt təmsilçisi 350 qolu 343 matçda buraxıb. "Təyyarəçilər” orta hesabla hər qarşılaşmada qapısında 1,02 top görüb. Bu 350 qola 22 komanda imza atıb. AZAL-ı daha çox "Neftçi” (50), "Qarabağ” (47) və "Xəzər Lənkəran” (39) məyus edib.
Bərabərlik qolunu vurub, görüşü 1:1 hesablı heç-heçə ilə başa vuran AZAL 100-cü "sülh”ünü rəsmiləşdirib. Bakılılar keçirdiyi 343 matçda 126 qələbə qazanıb, 117 məğlubiyyət alıb, buraxdığı 350 qola 370-i ilə cavab verib. 100 heç-heçədən 45-i ev, 55-i səfərdə qeydə alınıb. AZAL 100 heç-heçəni 21 rəqiblə matçda gerçəkləşdirib. Ən çox "İnter” (13) və "Simurq”la (10) matçda belə nəticə qeydə alınıb. Azərbaycan çempionatlarında ən çox heç-heçə edən komandalar arasında 8-ci olan AZAL "Qarabağ” (164), "Neftçi” (157), "Bakı” (123), "İnter” (121), "Turan” (112), "Kəpəz” (108) və "Xəzər Lənkəran”dan (103) geri qalır.
Biz İzləyin
REKLAM
Paylaşın
Xəbər lenti
Messi oynamadı, təzminat ödəndi - OLAY 19.03.2024, 15:36
Sumqayıtdakı məşqçi 19 il müddətinə həbs edildi - Olay 19.03.2024, 14:51
İngilislərlə oyunumuz Musaya tapşırıldı 19.03.2024, 14:20
Eldar Quliyev Ukrayna millisinə çağırıldı 19.03.2024, 14:17
Afrikalı futbolçular Bakıya gəldi - FOTO 19.03.2024, 13:49
Milli üzvləri ilə psixoloq işləyəcək 19.03.2024, 12:35
Almaniyada Dünya Kubokunda iştirak edəcəklər 19.03.2024, 12:28
Heç kim AFFA prezidenti olmaq istəmir! 19.03.2024, 11:47
Santuş gedir, Qurbanov gəlir - İddia 19.03.2024, 11:42
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |