reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" ilə 66-cı duel


“Qəbələ” Premyer Liqanın 4-cü turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, “Neftçi Arena”dakı matç iki rəqib arasında 66-cı duel olacaq.

İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 65 dəfə görüşüb.

Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib. 28 oyunda bakılılar qalib gəlib. Bu görüşlərdə 77 qol vuran “Qəbələ” 92 top buraxıb.

İndiyədək keçirilən qarşılaşmalardan 59-u Premyer Liqa, 5-i kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində yubiley – 60-cı duel olacaq. Əvvəlki 59 matçda 18 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 27 dəfə uduzub. Rəqib qapısına 69 dəfə yol tapan “qırmızı-qaralar” 87 top buraxıb.

“Neftçi” ilə səfərdə 33-cü dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 10 dəfə qalib gəlib, 8 heç-heçə edib və 14 dəfə uduzub. “Qəbələ” səfərdə 38 qol vurub, 46-nı buraxıb.

Xatırladaq ki, avqustun 27-də “Neftçi Arena”da keçiriləcək matç 18:30-da başlayacaq.

Oxşar xəbərlər

“Neftçi” və “Qəbələ”nin 68-ci dueli
75-ci dueldə kim qalib gələcək?
“Neftçi” ilə “Qəbələ”nin 62-ci dueli
"Qəbələ" - "Neftçi" - 56-cı duel
"Neftçi" - "Qəbələ": 55-ci oyun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər