reklam
FİFA AFFA-ya təşəkkür etdi
Sportfm.az xəbər saytı

FİFA AFFA-ya təşəkkür etdi


FİFA Azərbaycanda keçirilmiş U-15 dünya çempionatı və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə AFFA-ya təşəkkür edib.
Sportfm.az xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın AFFA-nın baş katibi Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda yarışda hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar səviyyədə idarə olunması yüksək qiymətləndirilib.

“Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olmuşdur. Bu baxımdan, AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik” – deyə, məktubda bildirilib.

Məktubda Pyerluici Kollina hakimliyin təşkili və oyunların idarə olunmasında iştirak edən bütün AFFA əməkdaşlarına, xüsusilə də, azərbaycanlı futbol hakimlərinə FIFA U-15 dünya çempionatı və festivalının uğurla keçirilməsinə verdikləri əvəzsiz töhfəyə görə təşəkkür edib.

Azərbaycanda keçirilmiş U-15 dünya çempionatı və festivalının oyunlarında ümumilikdə 86 hakim iştirak edib. Onlardan 80-i azərbaycanlı, 3-ü Gürcüstandan, 3-ü isə Türkiyədən dəvət olunmuş hakimlər olub.

Oxşar xəbərlər

FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
Hövsan FIFA U-15 dünya çempionatına tam hazırdır
Dünya çempionatlarına hazırlıq müzakirə edildi
FİFA nümayəndəsindən AFFA-ya hədiyyə
Kollina AFFA rəsmiləri ilə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər