Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" Avroliqada: 21 futbolçu, 5 qələbə, 20 qol
Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı başa çatıb. Ardıcıl 3-cü dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qəbələ” çıxışını dayandırıb. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm olduğu kimi qrup mərhələsinədək irəliləyən "qırmızı-qaralar”ın qitə miqyaslı turnirdəki mübarizəsi 162 gün sürüb. İyunun 30-da ilk matçına çıxan komanda dekabrın 8-də keçirdiyi görüşlə mövsümü yekunlaşdırıb.
"Qəbələ”nin avrokuboklardakı 3-cü sınağı bir sıra rekordlar və maraqlı məqamlarla əlamətdar olub.
- "Qəbələ” mövsümdə 14 oyun keçirib. Bu, Azərbaycan klubları üçün rekordun təkrarıdır. "Qırmızı-qaralar” ötən mövsümdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
- Komanda 14 oyundan 5-də qələbə qazanıb. Bu, Azərbaycan klublarının rekordunun təkrarıdır.
- "Qırmızı-qaralar” digər qarşılaşmalarda 1 heç-heçə edib və 8 dəfə məğlub olub.
- "Qəbələ” bu nəticələrlə UEFA reytinqinə 1,375 xal qazandırıb.
- Komanda 14 oyunda 20 qol vurmaqla Azərbaycan klublarının mütləq rekordunu müəyyənləşdirib. "Qəbələ”nin orta məhsuldarlığı 1,43-ə bərabər olub.
- "Qırmızı-qaralar” bu matçlarda 21 top buraxıb.
- Dmitri Bezotosnı 14 matçdan ikisində qapısını toxunulmaz saxlayıb. "Qəbələ” isə 14 qarşılaşmadan 11-də qol sevinci yaşayıb.
- Təsnifat mərhələsində keçirdiyi 8 oyunda 5 qələbə qazanan "Qəbələ” 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Komanda bu görüşlərdə 15 top vurub, 7-ni buraxıb.
- Azərbaycan futbolu tarixinə bir mövsümə 4 mərhələ adlayan yeganə klub kimi düşən "qırmızı-qaralar” ötən il qeydə alınan bu rekordunu təkrarlayıb.
- "Qəbələ” UEFA Avropa Liqasının tarixində ilk komanda olub ki, ardıcıl 2 dəfə 4 mərhələ adlamaqla qrupa düşüb.
- Fransanın "Lill” klubunu Bakıda 1:0 hesabı ilə məğlub edən "Qəbələ” "Böyük beşlik” çempionatlarının komandasını məğlub edən ilk və yeganə Azərbaycan klubudur. Komanda həmin rəqibi iki matçın cəmində (1:1, 1:0) üstələməklə "Böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb.
- Qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzan "Qəbələ” 6 məğlubiyyət almasına baxmayaraq, Azərbaycan klubları üçün 2-ci məhsuldarlığa nail olub. Komanda 5 qol vurub, 14-nü buraxıb.
- "Qəbələ”nin oyunlarında cəmi 1 böyükhesablı nəticə qeydə alınıb. "Qırmızı-qaralar” "Samtredia”nı 5:1 hesabı ilə məğlub edib.
- "Qəbələ"nin futbolçuları 1 het-trikə imza atıb. "Samtredia” ilə görüşdə Teo Uiks 3 dəfə fərqlənib.
- Yeganə dubl "Maribor”la matçda fərqlənən Baqali Dabonun hesabındadır.
- Öz meydanında keçirdiyi 7 oyunda 4 qələbə qazanan "Qəbələ” 3 dəfə məğlub olub. Rəqib qapılarına 15 top vuran komanda qapısından 10 top buraxıb.
- Evdə keçirdiyi bütün ev oyunlarında qol vuran Azərbaycan klubları arasında öz meydanında ardıcıl 7 matç rəqib qapısına yol tapan ilk klub kimi rekorda imza atıb.
- Rəqiblərini 6 dəfə 8-ci kilometr qəsəbə stadionunda, 1 dəfə "Dalğa Arena”da qəbul edən komanda oyunlarını ümumilikdə 43 273 tamaşaçı izləyib. Orta seyrçi sayı 6 182-yə bərabər olub.
- 7 səfər oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edən "qırmızı-qaralar” 5 dəfə məğlub olub. 5 qol vuran futbolçular 11 top buraxıb.
Oxşar xəbərlər
75-ci dueldə kim qalib gələcək?
“Qəbələ” və “Zirə” arasında 33-cü duel
“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli - Azərbaycan Premyer Liqası
"Qəbələ" birinci dövrədə: 24 futbolçu, 9 qələbə, 31 xal, 30 qol
"Qəbələ"dən növbəti rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası