reklam
Böyük Vətən Müharibəsi iştirakçıları arasında
Sportfm.az xəbər saytı

Böyük Vətən Müharibəsi iştirakçıları arasında "Neftçi"nin futbolçusu da olub -Tarix


Böyük Vətən Müharibəsinin iştirakçı futbolçuları arasında vaxtilə "Neftçi" komandasında çıxış etmiş Fyodor Qusev də olub.

Sportfm.az saytı report-a istinadən xəbər verir ki, bu barədə "Evro-futbol.Ru"nun hazırladığı yazıda bildirilir. Qeyd olunur ki, 1915-ci ildə anadan olmuş Fyodor İvanoviç Qusev sağ cinah yarımmüdafiəçisi mövqeyində oynayıb. O, əvvəlcə Saratovun "Spartak" və "Dinamo" (hazırkı "Sokol") futbol komandalarında çıxış edib. Ardından Qusev "Dinamo" hokkey komandasının formasını geyinib, velosiped və xizəksürmə idmanı üzrə yarışlara qatılıb.

1939-cu ildə Stalinqrada (indiki Volqoqrad) köçən idmançı yerli "Dinamo"nun şərəfini qoruyub. Müharibə vaxtı isə o, "Qırmızı Oktyabr" zavodunun ərazisindəki bərədə çalışıb, Stalinqradın müdafiəsində iştirak edərək, qəhrəmanlıq göstərib. Qusev düşmən güllələri altında suda barja tros bağlayaraq, motorlu qayığın iki barjla dolu əsgərləri sahilə çıxara bilməsini təmin edib.

Müharibədən sonra futbolçu "Traktor" (indiki "Rotor-Volqoqrad") Saratov "Dinamo"su ilə yanaşı, 1946-1947-ci illərdə "Neftçi"də oynayıb. Flaqmanın kapitanı olan Qusevin soyadı həmin dövrün oyun protokollarında və qəzet məqalələrində Hüseynov kimi göstərilib.

Karyerasını 1948-ci ildə başa vurmuş futbolçu 1984-cü il yanvarın 17-də dünyasını dəyişib. 

Oxşar xəbərlər

"Dinamo" qapıçısını qovdu - "Neftçi" ilə oyundan sonra
Mirça Luçeskunun köməkçiləri müəyyənləşdi
Millinin sabiq üzvü Rusiya klublarına keçməkdən niyə imtina edib? - Açıqlama
Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verdi
Millinin sabiq futbolçusu dələduzluqda ittiham olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər