Mirça Luçeskunun köməkçiləri müəyyənləşdi
Ukraynanın "Dinamo" (Kiyev) komandasının yeni baş məşqçisi Mirça Luçeskunun köməkçiləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, rumıniyalı mütəxəssisə komandanın sabiq futbolçuları Oleq Qusev və Oqnen Vukoyeviç, həmçinin moldovalı məşqçi Emil Karas yardımçı olacaq.
Qusev "Dinamo"ya 2003-cü ilin yayında gəlib. O, komandada 15 il ərzində 443 matçda 96 qol vurub.
Vukoyeviç 2008 - 2014-cü illərdə "ağ-göy" forma ilə 219 oyuna 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Karas isə məşqçilik karyerasınadək Moldova yığmasında çıxış edib. 52 yaşlı mütəxəssis sonuncu dəfə BƏƏ "Əl-Nəsr"ində çalışıb.
Qeyd edək ki, Mirça Luçesku azarkeş təzyiqlərinə dözməyərək, istefa verdiyini açıqlasa da, onu dilə tutmaq mümkün olub.
Oxşar xəbərlər
"Dinamo"nun yeni baş məşqçisi müəyyənləşdi - 74 yaşlı mütəxəssis
Millinin sabiq üzvü Rusiya klublarına keçməkdən niyə imtina edib? - Açıqlama
“Qızıl top”un qalibinə federasiyada vəzifə verildi
Rebrov Macarıstan klubuna baş məşqçi təyin olundu
Millinin sabiq futbolçusu dələduzluqda ittiham olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası