Millinin sabiq futbolçusu dələduzluqda ittiham olundu -FOTO
Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Vladislav Vaşuka qarşı cinayət işi qaldırılıb.
Sportfm.az xəbər verir ki, sabiq müdafiəçi dələduzluqda ittiham olunur. Ukrayna Futbolçularının Həmkarlar İttifaqının sədri Oleq Peçernı bildirib ki, Vaşuk keçmiş komanda yoldaşı Oleq Qusevdən 50 min dollar alsa da, qaytarmayıb: "Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən, ona bütün əmlakı müsadirə olunmaqla, 6 ildən 12 ilədək iş düşür. Əminik ki, iş məhkəməyə gedəcək və dələduz layiqli cəzasını alacaq".
Qeyd edək ki, Vladislav Vaşuk və Oleq Qusev uzun müddət "Dinamo" və Ukrayna millisində komanda yoldaşı olublar. Futbolçu karyerasını 2011-ci ildə başa vuran Vaşuk Kiyev "Arsenal"ında idman direktoru kimi çalışıb. O, 9 gün əvvəl Kiyev Futbol Federasiyasının vitse-prezidenti seçilib.
Oxşar xəbərlər
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur
Rusiya hərbçiləri futbolçunun mükafatlarını oğurladı
"Dinamo" klubuna qarşı cinayət işi açıldı
Millinin sabiq üzvü Rusiya klublarına keçməkdən niyə imtina edib? - Açıqlama
Roman Qriqorçuk Kiyev “Dinamo”sunun “radarında”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası