Azərbaycan futzalının devizi -Qanunu pozun və udun!
Azərbaycan futzalı uzun illərdir yerində sayır. Bu sahədə baş götürüb gedən özbaşnalıqlar öz axarıyla davam edir. Yalançı çempionat, say düzəltmək xatirinə təşkil edilən liqalar, adı olub, özü olmayan klublar ölkə futzalının "inkişafına xidmət edir". Komandalar oyuna gəlmir, futzalçılar meydana çıxmır, klub rəsmiləri hakimləri döyür, İrandan baş götürüb qaçanlar futzal çempionatımızda top qovur.
Ancaq hərc-mərclik təkcə futzal liqaları ilə yetərli qalmır. Son illər dünya reytinqində yüksək yerlərdə olan milli komandamızın heyətinin əsasan "braziliyalı azərbaycanlılar"dan təşkil olunmasını müşahidə edirik. Əvvəllər də bizdə belə hallara rast gəlmək mümkün idi. Amma Zaur Axundovun Futzal Federasiyasına prezident təyin edilməsindən sonra bu hal kütləvi xarakter aldı. Hətta iş o yerə çatdı ki, Azərbaycan yığmasının heyətində azərbaycanlı futzalçı tapmaq müşkül məsələyə çevrildi. Bunun məntiqi nəticəsi olaraq, müxtəlif turnirlərdə çıxış edən aşağı yaş qrupu üzrə "milli komandalarımız" biabırçı hesablarla məğlub olmağa başladı. Təbii ki, bütün bunlar da Axundovun "xidmətləri" idi.
Bu yaxınlarda ölkə futzalının darmadağın olan imicini az-çox bərpa etmək üçün turneyə çıxan "Don Joze və dəstəsi" Latviya və Serbiya ilə yoldaşlıq matçlarında qüvvəsini sınadı. Və bu görüşlərdə hər zaman olduğu kimi yenə mümkün olan bütün qaydalar ayaq altına alınaraq, Azərbaycan bayrağı altında qanunsuz olaraq Cesar De Angelis Zhonatan adlı braziliyalı meydana çıxdı. Bu həmin Cesardır ki, 32 yaşı var və Qazaxıstanın "Jetısu" klubunun şərəfini qoruyur. UEFA-nın saytında sambaçının Azərbaycan millisini seçməsi ilə bağlı xəbərə rast gəlmədik, elə Qazaxıstan mənbələri də Latviya ilə ikinci görüşdə dubl edən hücumçunun əslən Azərbaycan olmasından xəbərsizdi. Bu isə onu göstərir ki, poliqona dönən futzal yığmamızda kimə gəldi Azərbaycan pasportu verən Zaur Axundov bu dəfə qanunları ayaqlar altına atıb. Qanunlar pozulsa da olar, əsas qələbədir.
Oxşar xəbərlər
50 manatlıq kubok, ölən futzal və... Ruhuna fatihə
Federasiya rəsmisi ortada heç bir qanun pozuntusunun olmadığını deyir: "Futzalçı Azərbaycan pasportuna sahibdir"
"Çürük qoz" və ya günahkar elə Ağatahir Əzimovdur! - QEYD
Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV
Futzal yığmamızın yeni baş məşqçisinin adı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası