50 manatlıq kubok, ölən futzal və... Ruhuna fatihə
İllərdir Azərbaycanın futzal elitasında iddialı klublardan biri olan və demək olar ki, hər mövsüm mükafatçılar sırasına düşən EKOL komandası bir müddət öncə rəsmən dağıldığını elan etdi.
Ötən gün isə futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Həlledici matçda Yüksək Liqanın bürünc mükafatçısı “Neftçi” İK və Birinci Liqanı 4-cü pillədə başa vuran “Alyans Qrup” komandaları qarşılaşıb. Rəqibini 6:2 hesabı ilə məğlub edən “Neftçi” İK ölkə kubokunun qalibi olub. Və Futzal Federasiyası uzun illərdən bəri olduğu kimi, ənənəsinə sadiq qalaraq qalibə 50 manatlıq kubokla, 2 manatlıq medallar paylayıb.
Mövsümboyu böyük maliyyə vəsaiti xərcləyən, legionerlər gətirən "Neftçi" İK rəhbərliyinin qazancı isə bir sətir söz oldu. Bəs, bu haçana qədər davam edəcək? Və yaxud bu gedişlə bir zalda keçirilən və "Araz"ın daim qalib gəldiyi ölkə çempionatında "Neftçi" nə vaxta qədər duruş gətirə biləcək? Mən hələ digərlərini demirəm. O klublar ki, federasiya rəhbərliyi onlara yarışlarda iştirak etmək az qala yalvarır. Hər mövsüm 7-8 klub bir zala toplaşır, "Araz" onların əksəriyyətini sözün həqiqi mənasında topla döyür. Ona görə heç kim Yüksək Liqada çıxış etmək istəmir, aşağı liqalarda baş girləyərək, oyunçularını həvəskar turnirlərdə oynadaraq beş-üç manat çörək pulu qazanırlar. Heç kimin umrunda olmadığı ölkə futzalı isə yox olmağa doğru gedir.
Federasiya prezidenti Zaur Axundovun "mükəmməl" idarəçiliyi nəticəsində sükanı arxasında braziliyalı baş məşqçinin olduğu və braziliyalılardan təşkil edilən Azərbaycan yığması beynəlxalq arenada çıxışını davam etdirsə də, hərdənbir meydanda gəlmələri əvəz edən yerli futzalçılarımızın da artıq az yaşları yoxdu. Yeni nəsil isə yetişmir və yetişməyəcək. Çünki bu istiqamətdə iş getmir.
19 yaşlı futbolçu futzalçılarımız(yeni termindi)parket üzərinə çıxmadan məğlub olurlar.
İndi kuboku qazanan "Neftçi" İK avrokuboklara yeganə vəsiqənin sahibi "Araz"ın oyunlarını izləyəcək. Növbəti mövsüm yenə eyni ssenari ilə ölkə çempionatı davam edəcək...
Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Turan"ın futbolçusu Meksikaya qarşı 19.03.2024, 09:48
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
“Qarabağ”ın məşqçisinə 5 oyunluq cəza - QƏRAR 18.03.2024, 19:24
"Neftçi" - "Spartak" oyununun biletləri satışda 18.03.2024, 18:05
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar 18.03.2024, 17:56
"Bakı Sportinq"dən böyükhesablı qələbə - II Liqa 18.03.2024, 17:23
Azərbaycan millisinin oyunlarına hakim təyinatları 18.03.2024, 15:52
Fransa millisinin AÇ-2024 üçün formaları - FOTO 18.03.2024, 15:48
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |