
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Futzal yığmamızın yeni baş məşqçisinin adı məlum oldu
Bu gün futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gələcək.
Sportfm.az saytı xəbər verir ki, Biro Jadedən boşalan kürsüyə yığmamızın sabiq çalışdırıcısı təyin ediləcək. Söhbət "Araz"ı və yığma komandamızı uğura daşıyan Joze Alesio Da Silvadan(Alessio-red.) gedir. Qazaxıstan millisinin baş məşqçisi olan braziliyalı mütəxəssisin Bakıya gəlməyə razılıq verdiyi bildirilir. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun uzun müddətdir danışıqlar apardığı təcrübəli məşqçi Qazaxıstan yığması ilə müqaviləsinə birtərəfli qaydada xitam verəcək.
Qeyd edək ki, Alessio futzal aləmində ən yaxşı məşqçilərdən biri hesab olunur.

Oxşar xəbərlər
Joze Alesionun növbəti "oyunu" - 5 legioneri göndərdi
"Araz"da maliyyə böhranı - komandada legioner olmayacaq! - ÖZƏL
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu
Azərbaycan yığmasında yeni məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin