

Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV
Futzal üzrə Azərbaycan yığmasını çalışdırmış braziliyalı mütəxəssis Alesio Da Silvanın qəflətən Bakını tərk etməsi idman ictimaiyyəti arasında birmənalı qarşılanmadı. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov 2014-cü ildə postunu tərk edən Da Silvanın yenidən yığmamıza rəhbərlik etməsi üçün Biro Jadenin görəvinə son verdi. Millimizlə paralel Naxçıvan təmsilçisi "Araz"ı çalışdıran Alesio, komandasının növbəti yoxlama matçından sonra Sportfm.az saytının suallarını cavablandırıb:
- Hazırda, "Araz"a iki yeni braziliyalı futzalçı - Vilela və Qabriel qoşulub. Onların yığmamızda çıxış etməsi nə dərəcədə realdır?
- Bu futzalçıları hələ ki, klubumuzu gücləndirmək üçün transfer etmişik. Gələcəkdə Azərbaycan millisinin şərəfini qoruyacaqlarını isə indidən deyə bilmərəm, baxacağıq. Bizim Azərbaycan pasportunu daşıyan daha iki oyunçumuz - Vassuro və Fineo var. Düzdür, hazırda onlar "Araz"ın düşərgəsində deyillər, ancaq yığmanın oyunları zamanı bu futzalçıları mütləq dəvət edəcəyik.
- Əlinizdə olan futzalçılardan əlavə, vətəninizdən yeni oyunçular dəvət edəcəksinizmi?
- Mütləq, biz bunun üzərində işləyirik, axtarışlarımız davam edir.
- UEFA Kubokunun əsas mərhələsində "Araz"ın qrupu məlumdur. Oktyabrın 11-də start götürəcək turnirdə hədəf nədir?
- Sentyabrın sonunda Yüksək Liqa başlayır. Həmin vaxta qədər biz hazır olacağıq. Düzdür, çoxları bildirir ki, biz asan qrupa düşmüşük, mən isə belə fikirləşmirəm. Bəli, biz favoritik. Ancaq nəzərə almaq lazımdır ki, Bosniya klubu milli üzvlərindən təşkil olunub, Malta təmsilçisinin heyətində yetərincə braziliyalı futzalçı var. Rumıniya komandası isə evdə oynayacaq. Bu onlar üçün əlavə üstünlükdür. Rumın komandasının üç üzvü yığmanın şərəfini qoruyur.
Oxşar xəbərlər
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir - ÖZƏL
"Araz"dan ayrılan futzalçı Malta klubu ilə anlaşdı
"Araz"ın tükənən gücü və Alesio da Silvanın yalnış seçimi - YAZI
EKOL "Araz"la bacarmadı
Ramil Quliyev: "Azərbaycan yığmasının şərəfini qorumaq istəyirəm" - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı