Federasiya rəsmisi ortada heç bir qanun pozuntusunun olmadığını deyir:"Futzalçı Azərbaycan pasportuna sahibdir"
Saytımızda dərc olunan, futzal millimizdə çıxış edən Cesar De Angelis Zhonatanın "Azərbaycan futzalının devizi - Qanunu pozun və udun!"(http://sportfm.az/futzal/23504-sezar-conatan.html) adlı yazıya Futzal Federasiyasının reaksiyası gecikməyib.
Sportfm.az xəbər verir ki, məqalədə Cesar De Angelis Zhonatanın Azərbaycan millisinin formasını qanunsuz şəkildə geyindiyindən bəhs edilir. AFF-nın mətbuat katibi Mahal Məmmədov yazılanlarla razı deyil:"Conatan Azərbaycan pasportuna sahibdir və baş məşqçi də ona görə futzalçını milliyə dəvət edib. Bu futzalçı komandada ilk dəfə deyil çıxış edir. O, 4 il əvvəl Avropa çempionatının seçmə oyunları da millimizin formasını geyinib. Belədə onun millidə oynamasında heç bir qanun pozuntusu yoxdu. Təkrar edirəm, futzalçı Azərbaycan pasportuna sahibdir və belədə onun milli komandada çıxış etməsində heç bir qanun pozuntusu yoxdur".
Təbii ki, belə olan halda Azərbaycanla heç bir bağlılığı olmayan braziliyalının pasportumuzu qanuni şəkildə aldığına inanmaq istərdik. Hər hansı bir şəxsin vətəndaşlıq alması üçün mütləq şəkildə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulun əsaslarına(http://riga.mfa.gov.az/content/71) riayət olunmalıdır.
Oxşar xəbərlər
Futzal millimiz Qazaxıstana uduzdu - Yoldaşlıq görüşü
AFFA Operativ Qərargaha müraciət etdi - Milli üçün
Futzal Federasiyasından qaziyə etinasızlıq - Təəssüfləndirici məqam
Azərbaycan futzalının devizi - Qanunu pozun və udun!
Futzal Federasiyasının rəsmisi:"Hakimlərə hansısa təzyiqdən söhbət gedə bilməz"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası