Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sumqayıtda cüdo üzrə beynəlxalq turnirə start verildi
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 6-cı respublika turniri start götürüb.
Sportfm.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.
Qeyd edək ki, 39 komandadan 563 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.
Oxşar xəbərlər
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi yaradılıb
Sumqayıtda beynəlxalq cüdo turniri keçirildi - FOTO
Cüdo üzrə açıq respublika turnirinə start verildi
Beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum oldu
Sumqayıtda ilk günün qalibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası