reklam
MOİK-in futbolçusuna 3 oyunluq cəza -
Sportfm.az xəbər saytı

MOİK-in futbolçusuna 3 oyunluq cəza -QƏRAR


Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin MOİK – “Şahdağ Qusar” oyununda birbaşa qırmızı vərəqə alan meydan sahiblərinin futbolçusu Zahid Mərdanov 3 oyunluq cəzalanıb, komandası isə 900 manat cərimələnib.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oktyabrın 27-də keçirilən “Səbail” – “Zirə” görüşünün 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alan “Səbail”in futbolçusu Samuel Nonqoh bir oyunluq cəzalanıb, klubu isə 150 manat cərimə olunub. Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 28-də baş tutan “Şəfa” – “Ağstafa Gəncləri” oyununda həkimi olmadığı üçün “Ağstafa Gəncləri” klubu 100 manat ödəməli olacaq.

Oktyabrın 29-da “Xankəndi” – “Gəncəbasar” matçında 6 futbolçusu sarı vərəqə alan “Xankəndi” komandası 210 manat cərimə olunub. “Zəngəzur” – “Karvan-Yevlax” qarşılaşması təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün meydan sahibləri 200 manat ziyana düşüb.

Oxşar xəbərlər

Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR
Həkimi olmayan klublar cərimələndi - Qərar
"İmişli"yə 10 min manat cərimə
I Liqa komandasının oyunçusuna 3 oyunluq cəza - QƏRAR
AFFA-dan cərimələr

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər