Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdo üzrə açıq respublika turnirinə start verildi
Yeni Sahil İdman Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş gənclər arasında cüdo üzrə açıq respublika turniri başlayıb.
Sportfm.az xəbər verir ki, 2001-2003-cü il təvəllüdlü gənclər arasında keçirilən turnirdə oğlanlar 42, 46, 50, 55, 60, 66, 73, 81 kiloqram və 81 kiloqramdan yuxarı çəki dərəcələrində çıxış edəcəklər. Qızlar arasında isə 48, 52 və 57 kiloqram çəkidə qaliblər müəyyənləşəcək.
Gənclər və İdman Nazirliyi, BŞGİBİ və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika turnirini beynəlxalq və respublika dərəcəli hakimlər heyəti idarə edirlər.
Turnirə mayın 4-də yekun vurulacaq.
Oxşar xəbərlər
Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək
Şüvəlanda ağır atletika üzrə açıq turnirinə start verildi - Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə
Sumqayıtda cüdo üzrə beynəlxalq turnirə start verildi
Tovuzda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vuruldu
Karate üzrə açıq Bakı turnirinə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası