reklam
Samir Ələkbərova kimlər sifariş verib? -
Sportfm.az xəbər saytı

Samir Ələkbərova kimlər sifariş verib? -Açıqladı


U-21 millimizin baş məşqçi əvəzi Samir Ələkbərov “sport24.az” saytına müsahibə verib.

Sportfm.az xəbər verir ki, Ələkbərov müsahibə zamanı bir neçə maraqlı məqama aydınlıq gətirib. Belə ki, o, millimizin Kosovo ilə oyunundan sonra bir neçə məşhur mütəxəssisin ona müraciət edərək, futbolçu təklif etdiklərini bildirmiş, ancaq həmin şəxslərin adını açıqlamamışdı. Ələkbərov müsahibə zamanı həmin mütəxəssislərin Oqtay Abdullayev, İsgəndər Cavadov və Novruz Əzimov olduğunu deyib:

“Məsələ burasındadı ki, ad çəkməsəm, şübhələr bu işə qol qoymayan insanların da üzərinə yönələ bilər. Üstəlik, kənardan belə görünə bilər ki, Samir Ələkbərov bu sözləri özündən uydurub. Məhz buna görə də baş katibə də adları açıqladım, sizə də deyirəm. Özü də adamı yandıran odu ki, özümə yaxın bildiyim futbol adamları bu işə qol qoymuşdular. Söhbət İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovdan gedir”.

Ələkbərov həmin mütəxəssislərin ona Portuqaliyanın 3-cü liqasında yarışan “Louletano” klubunun oyunçusu Valeh Seyidovla bağlı müraciət etdiklərini bildirib:

“Valeh Seyidov adlı 21 yaşlı futbolçu var. U-20 yığmasının toplanışlarından birinə onu dəvət etmişdim və səviyyəsinə bələd idim. İsrarla Valehi heç olmasa baxışa dəvət etməyimi istəyirdilər. Lakin rəsmi oyuna kimisə baxışa dəvət etməzlər. Mən də bu təkidlərə baxmayaraq elə səviyyədə futbolçuları cəlb etməyəcəyimi bildirdim. O, bizə kömək edə biləcək oyunçu deyil. Hətta ümumi tanışlar vasitəsilə də Seyidovun heyətə cəlb edilməsi üçün səy göstərdilər. Nəyə görə məhz bu futbolçunu yığmaya gətizdirmək istədikləri mənim üçün qaranlıq qalırdı. Eyni adamla bağlı müxtəlif insanların inadkarlıq göstərməsi istər-istəməz məni çox əsəbiləşdirirdi. Özü də Seyidovu məndən əvvəl işləyən məşqçilər də tanısalar da, yığmaya cəlb etməyiblər. Yəni burada mənim hansısa kaprizimdən söhbət getmir”.

Xatırladaq ki, Valeh “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidovun oğludu.

Oxşar xəbərlər

"Azərbaycandan bir neçə nəfəri Ukraynaya gətirmək olar" - Samir Ələkbərov
“Sumqayıt” baxışa daha bir futbolçu cəlb etdi
Samir Ələkbərov da "Sumqayıt"dan getdi
Yaşar Seyidov:"Valeh yığmaya mütləq götürülməlidi"
Azərbaycanlı futbolçu Portuqaliya klubuna keçdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər