reklam
“Sumqayıt” baxışa daha bir futbolçu cəlb etdi
Sportfm.az xəbər saytı

“Sumqayıt” baxışa daha bir futbolçu cəlb etdi


“Sumqayıt” klubu baxışa daha bir futbolçu cəlb edib.

Sportfm.az xəbər verir ki, bu barədə Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, bildirib ki, qış fasiləsində “Sabah”dan ayrılan Elvin Bədəlovu sınaqdan keçirəcəklər. 24 yaşlı mərkəz müdafiəçisinə yoxlama oyunlarında şans veriləcək.

Portuqaliyanın II divizionunun Şimal zonasında mübarizə aparan “Louletano”dan ayrılan Valeh Seyidov da hazırda “Sumqayıt”ın düşərgəsində baxışdadır.

Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində qapıçılar - Aydın Bayramovla Rəşad Əzizlini heyətinə cəlb edib. Bundan başqa “Zirə”dən müdafiəçi Adil Nağıyevi alan “gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni əks marşrutla göndərib.

Oxşar xəbərlər

"Sumqayıt" yoxlama oyunu üçün yeni rəqib tapdı
Elnur Cəfərov daha bir kluba baxışda olacaq
"Traktorsazi"nin daha bir yetirməsi "Sumqayıt"a gələcək
"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq
"Sabah"dan ayrılan futbolçu "Sumqayıt"da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər