Aqil Abbas: “Qarabağ”ın qələbəsinə qısqanclıqla yanaşanlar, bəlkə, ermənidir
“Qarabağ” klubu növbəti tarixi uğuru ilə futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi.
Sportfm.az xəbər verir ki, futbolçularımız Madridin “Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq, əzmkarlıqla qələbəyə bərabər heç-heçəyə nail oldular.
Məsələ ilə bağlı Modern.az-a danışan millət vəkili Aqil Abbas deyib ki, “Qarabağ” klubu qarğışla yaranmayıb ki, qarğışla da dağılsın.
“Qarabağın qələbəsi haqqında ağlına gələni yazanların çoxunun futboldan xəbəri yoxdur. Heç bir komanda belə bir çempionatda, xüsusilə də kubok almaq istədiyi çempionatda saxta oyun oynaya bilməz. “Atletiko” nə qədər çalışsa da, “Qarabağ”a qol vura bilmədi, əgər saxtakarlıq olsaydı, zəif oynayardılar. 45 dəqiqə “Qarabağ”ın qapısına qol vurmaq üçün özlərini öldürdülər. Bu oyunda saxtakarlıq etmək mümkün deyil, bütün dünya oyunu izləyirdi. Əgər “Atletiko” “Qarabağ”a qalib gəlsəydi, iki milyon avro pul qazanacaqdı. “Qarabağ” ona nə qədər pul verə bilərdi ki? Bütün səsləndirilən fikirlər əsassızdır. Normal ağlı, düşüncəsi olan hər bir azərbaycanlı, türk bu qələbəyə sevinir. “Qarabağ”ın qələbəsinə qısqanclıqla yanaşanlar bəlkə ermənidir, Azərbaycana düşmən olan biridir. Qanında qarışıqlıq olan insanlar bu qələbəyə kölgə salmağa çalışacaqlar”.
Oxşar xəbərlər
“Sabah” ”Qarabağ”ı təbrik etdi - FOTO
Premyer Liqa: III turun rəmzi komandası açıqlandı
“Qarabağ” komandası Madridin “Atletiko” klubuna qalib gəlib
"Adidas" "Qarabağ"ı pulsuz forma ilə təmin edəcək
Rəqibdən “Qarabağ” paylaşımı – FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası