Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” komandası Madridin “Atletiko” klubuna qalib gəlib
Ağdamın “Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu Madridin “Atletiko” kollektivi ilə keçirib.
Sportfm.az xəbər verir ki, baş hakim Stefan Klossnerin idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu matçın ilk hissəsinin 45-ci dəqiqəsində Azərbaycan çempionunun heyətində Yaroslav Deda vurub. Bununla da “C” qrupunda yer alan “Qarabağ” ilk qələbəsini qazanıb.
Qeyd edək ki, bu qrupda “Çelsi”, “Roma” və “Atletiko” kollektivləri altı xalla birinci, ikinci və üçüncü yerləri bölüşürlər. “Qarabağ” isə üç xalla sonuncu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Mənə Azərbaycan vətəndaşlığı təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim" - Yaroslav Deda
“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib
Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib
"Qarabağ" ilk qolunu vurdu, 5-ni buraxdı
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası