reklam
Sportfm.az xəbər saytı

"Adidas" "Qarabağ"ı pulsuz forma ilə təmin edəcək


"Qarabağ" klubu Çempionlar Liqasında büdcəsini zənginləşdirməklə bərabər pulsuz formalar da əldə edəcək.

Sportfm.az xəbər verir ki, komanda qrup mərhələsinə vəsiqə qazandığı üçün "Adidas" firması geyimə görə ödənilmiş pulu geri qaytarır.

"Qarabağ"ın da seçdiyi "Adidas" siyahıda liderdir. 13 klub məhz "Adidas"dan geyinir. "Nike" 12, "New Balance" isə 4 klubu geyimlə təmin edir. "Kappa", "Macron" və "Puma" isə hərəyə bir klubla təmsil olunacaq.

“Adidas” - “Real”, “Bavariya”, “Yuventus”, “Bazel”, “Olimpiakos”, “Beşiktaş”, “Anderlext”, “Benfika”, ÇSKA Moskva, “Mançester Yunayted”, “Feyenord”, “Maribor”, “Qarabağ”.
“Nike” - “Çelsi”, “Monako”, “Tottenhem”, “Spartak”, “Şaxtyor”, “Roma”, “Atletiko”, “Barselona”, PSJ, APOEL, “Mançester Siti", “Leytspiq”
“New Balance” - “Liverpul”, “Seltik”, “Portu”, “Sevilya”
“Kappa” – “Napoli”
“Macron” – “Sportinq”
“Puma” – “Borussiya”

Oxşar xəbərlər

Çempionlar Liqasının V turunun növbəti oyunları keçirilib
Çempionlar Liqasında gecənin nəticələri
"Liverpul"dan darmadağın, "Beşiktaş"dan növbəti qələbə
"Qarabağ"ın rəqibləri məlum oldu
Çempionlar Liqasında səbətlər müəyyənləşdi - "Qarabağ"ın mümkün rəqibləri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər