Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Tvente"yə şad xəbər
"Tvente" klubunun II diviziona göndərilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.
Qol.az-ın "AP"yə istinadən verdiyi məlumata görə, Enshede təmsilçisinin əleyhinə qərar verilib.
Hollandiya Futbol Federasiyası may ayında futbolçuların transferi zamanı maliyyə fırıldaqlığına yol verən "Tvente"ni II diviziona göndərib. Bundan əlavə kluba 45250 avro məbləğində cəza kəsilib.
Lakin apellyasiya şikayəti təmin olunan "Tvente" növbəti mövsümdə də yüksək liqada oynamaq hüququ qazanıb. Üstəlik klubun cəzası 180 min avroya qədər endirilib. "Tvente"nin əvəzinə II diviziona ötən mövsümü 17-ci pillədə başa vuran "De Qraafşap" klubu göndərilib.
Qeyd edək ki, "Tvente" ötən mövsüm Hollandiya çempionatını 40 xalla 13-cü pillədə başa vurub.
Oxşar xəbərlər
“Sabah”ın şikayəti qismən təmin edildi - Qərar
Maksim Medvedev "Tvente"dən təklif alıb?
Çempionluğu gözlənilməz sayılanlar - SİYAHI
37 yaşlı mütəxəssislə yollar ayrılır
Azərbaycanda oynamış daha bir futbolçu "Tvente"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası